Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ən ucuz və bahalı evlər haradadır? - VİDEO

Bakıda ən ucuz və bahalı evlər haradadır? - VİDEO

Tarix: 17 Fevral 2022 19:48

Bakıda ən bahalı və ən ucuz evlər şəhərin hansı ərazisindədir? Bütün vaxtlarda insanları maraqlandıran bu sual hazırda da aktualdır. Ekspertlər deyirlər ki, dəniz kənarı bulvar ərazisinə yaxın yerlərdə yeni tikli binalarda evlər həddnindən artıq bahadır. Burda mənzillərin bir kvadrat metri təxminən üç min manata qədərdir. Ən ucuz evlər isə mərkəzdən nisbətən kənardadır. Bu ərazilər hansı rayonlardadır və qiymətlər neçəyədir?

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda ən baha evlər şəhərin mərkəzində, xüsusən də yeni tikilən binalardadır.

Əmlak eksperti Nofəl Quliyev deyir ki,  birinci zona hesab edilən şəhərin mərkəzində, yəni dənizkənarı millik park boyunca yerləşən evlərin bir kvadrtar metri  2500-3000 manata satılır. Hansıki əvvələr bu ərazilərdə evlərin kvadratı 1800- 2000 min manata təklif olunurdu. Ekspert hesab edir ki, qiymət artımına səbəb son bir neçə ayda tikinti materiallarınınş xüsusən də taxta və armaturun qiymətinin kəskin bahalaşmasıdır. Şəhərin mərkəzi hissəsindən kənar hesab edilən ikinci zonada isə evlər nisbətən ucuzdur.

Ekspert deyir ki, son bir neçə ildə daşınmaz əmlak bazarındakı qiymətlərdə elə də ciddi dəyişiklik yox idi. Hazırda şəhərdə ən ucuz evlər isə ətraf rayonlarda, Nizami, Sabunçu və Suraxanı rayonlarında satılır. 

Rieltor Həşim Qədirov isə deyir ki, şəhərin mərkəzində evlər baha olduğundan alıcıların bir o qədər də bu ərazilərdə mənzil almağa marağı yoxdur. Ev almaq istəyənlər qiyməti nisbətən ucun olduğundan mərkəzdən kənarlara üz tuturlar.

Ekspertlər deyirlər ki, köhnə tikli evlərə bir o qədər maraq olmadığından şəhərin mərkəzi və nisbətən kənar ərazilərdə bu evlərin qiymətində təxminən 5-10  faizə qədər fərq var.


Etiketlər:  Bakıda ucuz bahalı evlər haradadır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ