Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 21:57
Milllət vəkili Tahir Kərimli dünən yayılan görüntülərinə aydınlıq gətirib. O, ölümlə təhdid olunduğunu iddia edib.
Sonxeber.net xəbər verir ki, o, bu barədə ''Xəzər Xəbər''ə açıqlamasında deyib.
Millət vəkili baş verənlərlə bağlı deyib ki, Milli Məclisdən evə dönərkən qapısından asılı vəziyyətdə üzərinə onu təhdid edən fikirlər yazılmış kiçik vərəq görüb.
Bundan sonra o, həmin şəxslərə cavab olaraq video çəkmək qərarına gəlib. Videoda əlində olan oyuncaq əjdahanı göstərməklə onu hədələyən şəxslərə bir mesaj göndərib.
Tahir Kərimlinin hədələnməsi məsələsinə Daxili İşlər Nazirliyindən də münasibət bildirilib. DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, təmsil etdiyi quruma Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.
Tahir Kərimli isə qeyd edib ki, məsləhət olarsa, hüquq-müahifzə orqanlarına bununla bağlı şikayət edəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: