Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niyə məhz Vitamin C?

Niyə məhz Vitamin C?

Tarix: 17 Fevral 2022 23:03

Vitamin C - immun sisteminin virus əleyhinə olan reaksiyası üçün vacib rol oynayır. Xususilə stress vəziyyətində Vitamin C-yə olan ehtiyac daha da artır.

C vitamini bədəndəki 150-dən çox metabolik proseslərində iştirak edir. İmmun sistemimiz viruslara və digər patogenlərə qarşı müvafiq reaksiya verə bilməsi ücün vitamin C- nin xüsusilə yüksək konsentrasiyaya ehtiyac duyur.

Yalnız bir neçə funksiyanı vurğulayaq. Vitamin C antiviral (virus əleyhinə) zülalların bütöv bir kaskadına səbəb olan mitoxondrial, antiviral siqnal zülalının və interferonun əmələ gəlməsi üçün vacibdir. C vitamini olmadan dəri və selikli qişaların viruslara və digər patogenlərə qarşı təsirli bir baryer funksiyası göstərə bilmir.

İnfeksion xəstəliyin əvvəlində Vitamin C-nin orqanizm tərfindən istifadəsi artması səbəbindən bu vitaminə ehtiyac artır. Bu zaman immunitet hüceyrələrindəki C vitamini konsentrasiyası bir neçə saat ərzində təxminən 50% azalır. Əgər orqanizm kifayət qədər Vitamin C qəbul etməzsə, C vitamini çatışmazlığı riski yaranır və orqanizmin immun sistemi əhəmiyyətli dərəcədə zəifləyir.

C vitamini çatışmazlığının ciddi fəsadlara gətirir. C vitamini çatışmazlığı riski yüksək olan xəstə qruplarını da məlumatlandırmaq xüsusilə vacibdir. Bura əzələ-skelet sisteminin xroniki iltihabi xəstəlikləri (məsələn, artrit), tənəffüs yolları və ya dəri (məsələn, astma, allergiya, neyrodermit), həzm orqanlarının (məsələn, Kron xəstəliyi, xoralı kolit) və ya onkoloji xəstəliyi olan insanlar daxildir. İltihab oksidartiv stresi yaratdığı üçün və C vitamininin sərfiyyatı artıt.

Qədim zamanlardan dənizçilərin xəstəliyi sayılan Sinqa xəstəliyi məhz Vitamin C-nin çatışmamazlığı səbəbindən yaranırdı. Sinqanın əsas əlaməti infeksiyalara, xüsusən də tənəffüs sisteminində yaranan xəstəliklərə həssaslıqdır: ağciyər pnevmoniyası sinqanın ən çox rast gəlinən ağırlaşmalarından və ölümün ən çox səbəblərindən biridir.

Stress infeksiyalara qarşı müqaviməti azaldır. Vitamin C-nin qəbulu stressli xəstələrdə soyuqdəymə riskini iki dəfə azaldır. Stressli vəziyyətlərdə C vitamininin immun sistemə təsiri eksperimental tədqiqatlar vasitəsi ilə öyrənilmişdir. Dozadan asılı olaraq C vitamini ölüm faizini və simptomların ağırlığını azaldır. Ağciyərlərdə oksidativ stresi və izafi iltihabı azaldaraq eyni zamanda stress nəticəsində virus və bakteriala qarşı zəifləyən immuniteti artırır.

Əksər heyvanlarda bu daha rahat tənzimlənir. Çünki C vitamini onlarin orqanizmində sintez olunur və stres vəziyətində sadəcə daha çox istehsal edilir. İnsan orqanizmində C vitamini sintez olunmur və normada günlük ehtiyac 100 - 200 mq-a qədərdir. Bir xəstənin vəziyətinin ağırlığından asılı olaraq  bu, 7,5 - 15 qrama qədər arta bilər.

Vitamin C yalniz viruslara qarşı müdafiə üçün deyil - həmçinin immunomodulyasiyada da çox vacibdir

Məsələn, immun sistemini zədələyən və bununla da ağır pnevmoniya və ya sepsis, kəskin ağciyər çatışmazlığı (ARDS) riskini artıran, 2019 CoVid virus infeksiyası immun sisteminin həddindən artıq iltihab reaksiyasını yaradır. Vitamin C orqanizmdə ən vacib immunomodulyatorlarından biridir, çünki infeksiyalara qarşı bir çox müdafiə prosesini aktivləşdirir və eyni zamanda həddindən artıq iltihabdan qoruyur.

Milli.Az


Etiketlər:  Niyə məhz Vitamin C


RƏYLƏR