Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bacılar 90-cı illərin rəmzinə çevirilən fotosessiyasını təkrarlayıbmış

Bacılar 90-cı illərin rəmzinə çevirilən fotosessiyasını təkrarlayıbmış

Tarix: 18 Fevral 2022 12:24

Cici və Bella Hadid bacıları İtaliyanın "Versace" moda evinin ən çox axtarılan top modellərindəndir.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, qızlar brendin yeni reklam kampaniyası üçün çılpaq pozalar veriblər. Çəkilişdə qadağan olunmuş meyvə və cazibədar ilan olan bibliya motivlərindən ilhamlanılıb.

Donatella Versace onların fotosunu "Mənim Versace ilahələrim" şərhini yazaraq paylaşıb.

"Versace" fanatları isə fotonun illər öncə Klaudia Şifer və Silvester Stallonenin yer aldığı, rəmzə çevirilən reklam kampaniyasına eyham kimi dəyərləndirib.

Qeyd edək ki, sənətçilər 1995-ci ildə "Versace Home" kolleksiyası üçün Adəm və Həvva kimi pozalar vermişdilər. Ancaq ulduzlar bədənlərini çanta əvəzinə çini qablarla bağlayıb. Daha sonra bu fotolar "Avedon" tərəfindən 1998-ci ildə yayımlanan "Versace: Çılpaq və geyimli: 20 illik Versace" kitabına daxil olunub.


Etiketlər:  Bacılar illərin rəmzinə çevirilən fotosessiyasını təkrarlayıbmış


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ