Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 22:42
Tüpürcəklə test: xəstəliklərinin diaqnozunu evdə tap
Tüpürcək ağız suyu vəziləri tərəfindən hasil olunan və hər insanın özünə məxsus olan bir maddədir. O da qan kimi bəzi analizlərin aparılması üçün vacib informasiyanı verir.
Hindistanda aparılan elmi araşdırmaya görə, tüpürcəkdəki bəzi maddələrin az və çox olması bir çox xəstəliklərin diaqnozunu göstərir.
Sonxeber.net xəbər verir ki, turkiyəli uzmanlar tüpürcək testi ilə necə analiz aparmağın mümkünlüyünü hurriyyet.com-a açıqlayıb.
İnsan bədəni sutkada 1-2 litr arası tüpürcək şirəsi hasil edir. Tüpürcəyin içində 700-dən çox mikorqanizm və maddə vardır.
Tüpürcəkdə olan ürik asit maddəsini mirdarı ilə şəkər, demensiya, xərçəng də daxil olmaqla 10-dan çox xəstəliyin əlaqəsi ortaya çıxıb.
Anormal dərəcədə çox olan ürik asit səviyyəsi yüksək təzyiq, ürək-damar, diabetdə aşkarlanıb. Aşağı səviyyədə az asit isə depressiya, Parkinson, zehni beyin problemlərinə işarədir
İstanbul Tibb fakultəsinin Daxili xəstəliklər üzrə uzmanı professor Osman Erk tüpürcək testindən bəzi diaqnozlarda uğurla istifadə edildiyini açıqlayıb və bu sahədə elmi araşdırmalar davam edir.
"Tüpürcək asan əldə edildiyi üçün müxtəlif xəstəliklərin təsbitində rahatlıqla istifadə olunur. Son illərdə elm dünyası bu məsələni inkişaf etdirir. Məsələn, böyrək funksiyalarının ən yaxşı göstəricisi olan ürə və ürik asit tüpürcəkdə saxlanır. Eləcə də tüpürcəklə ağız bə göz quruluğu, HİV, hepatit virusları da görülə bilər. Hətta tüpürcəkdə insulin səviyyəsi də görülür".
Əgər tüpürcəkdə ürik asit normadan dəfələrlə çoxdursa, sümük-əzələ sistemində xəstəliklərə, ürək damarlarında tıxanmalara və sonda erkən ölümlərə səbəb olur.
Kişilərdə tüpürcəkdə bu maddə daha çoxdur, ona görə onlarda yüksək təzyiq xəstəliyi də çoxdur.
Uzman doctor Emin Mindan isə tüpürcək içindəki mikroorqanizmlərin incələnib, bağırsaqlarda problem olub-olmadığını öyrənməyin mümkün olduğunu açıqlayıb.
Evdə tüpürcək testini necə aparmalı?
Diqqət, qaydalar:
Axşam yatmazdan öncə şüşə stəkanda təmiz çiy suyu baş ucumuza qoyuruq.
Səhər oyandıqda dişləri yumuruq, tüpürmürük, ağzımızı yaxalamırıq
Heç bir şey yeyib içmirik
Ağızda xeyli tüpürcək əmələ gətirib, su dolu bardağa 2 dəfə tüpürürük.
15 dəqiqə sonra stəkanda tüpürcəyin suda vəziyyətinə baxırıq.
Əgər 15 dəqiqə sonra tüpürcək suyun üzərində qalırsa bağırsaqlarda microflora sağlamdır deməkdir
Əgər su bulanıbsa, tüpürcək ağır halda aşağı enibsə, sap, saçaq kimi dibə doğru uzanıtrsa, bağırsaqlarda zərərli mikroorqanizmlər daha çoxdur. Göbələk və ya kandidoz.
Test edən insanda yuxu problem, hormonal pozuntu, qarında şişkinlik, qazlar, yorğunluq, bağırsaqda pozulmalar, çox kəskin qoxulu nəcis varsa, o insanın immunitet sistemi normal çalışmır.
Tüpürcək testi pis çıxan insan şirniyyatdan, un məmulatlarından uzaq durmalı, qatıq, kefir, təzə tərəvəz, göyərti yeməlidir.
Tibdə laboratoriyada tüpürcəklə hormon testləri aparılır. Xüsusilə cinsi istək problemi, sonsuzluqda və qadınlarda hamiləlik problemlərində DHEA hormonu və yuxu hormonu sayılan melotonin tüpürcəkdə ölçülür. /medicina.az