Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 10:55
Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın toy vaxtını açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda instaqramda canlı yayımda danışıb. O bildirib ki, Aysunun toyu oktyabrda olacaq:
"Oğluma isə mayda kiçik toy edəcəm. Fevralda olmalı idi, amma pandemiyaya görə böyük məclislərə icazə verilmədi. Ona görə də mayın 25-nə saxladıq. Ad günümdə övladıma sünnət edəcəm".
Qeyd edək ki, Aysun ötən ay Eşqin adlı bəylə nişanlanıb.