Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nailə İslamzadə gözəllik sirlərindən danışdı - VİDEO

Nailə İslamzadə gözəllik sirlərindən danışdı - VİDEO

Tarix: 19 Fevral 2022 12:25

"İnsan sağlamlığına və gözəlliyinə gənc yaşlarından fikir verməlidir. Müəyyən bəlli yaşa çatanda artıq baza yaranmalıdır. Çox vaxt məndən kosmetoloqumun kim olduğunu soruşurlar. Düzdür, bunun da əhəmiyyəti böyükdür. Lakin 10-15 prosedurla möcüzələr yaratmaq olmur. 32-35 yaşına qədər insanın bədənindəki kollagenlər dərini tonusda saxlayır. Bundan sonra isə gərək özünə qulluq edəsən".

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə deyib. "İTV" kanalına müsahibə verən aparıcı gözəllik sirlərindən danışıb. İslamzadə gözəl və gənc qalmağın ən birinci qaydasının düzgün qidalanma, daha sonra isə fiziki aktivliyi qorumaq olduğunu bildirib:

"Qidalanma bütün prosedurlardan vacibdir. Biz nə yediyimizdən ibarətik. Bu, mənim çox ağrılı yerimdir. Çünki mən getdiyim yerlərdə, olduğum məclislərdə yanımdakı masaya baxıram, az qala deyirəm ki, "yemə də bunu, nə olar". İlk növbədə şəkər tozu birmənalı olaraq rasiondan çıxarılmalıdır. Fiziki aktivliyim normaya çevrilib. Çalışıram ki, işə piyada gedib-gəlim. Evimlə iş yerimin məsafəsi 3.5 kilometrdir. Bəzən də piyada qayıdıram. Bu gün ərzində 7 kilometr edir".


Etiketlər:  Nailə İslamzadə gözəllik sirlərindən danışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ