Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Heç kimin ab-havanı pozmağa ixtiyarı yoxdur” – Sənan Qurbanov

“Heç kimin ab-havanı pozmağa ixtiyarı yoxdur” – Sənan Qurbanov

Tarix: 19 Fevral 2022 20:12

"Psixoloji durumumuz yaxşı deyil. Oyuna istədiyimiz kimi başladıq. Əlimizdən gələni etdik".

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olduqları oyun haqda danışarkən deyib.

Matçın ardından təşkil olunan mətbuat konfransında çalışdırıcı bu fikri səsləndirib: "Futbolçular üzərilərinə düşəni göstərməyə çalışdılar. Biz də rəqib qədər qol imkanları yaratdıq. Oyunumuzda irəliləyiş var. Artıq nəticə qazanmağın vaxtıdır. Müdafiədə boşluqlarımız var. Bunları analiz edib, oyunçulara çatdırmalıyıq ki, növbəti matçlarda səhvləri təkrarlamayaq. Komanda şəklində müdafiə olunmağa çalışırıq. Amma bəzən rəqibin futbolçusu elə qol vurur ki, ustalıq səviyyəsi özünü göstərir. Əlimizdə olan oyunçulardan maksimum

Baş məşqçi müdafiəçi Şəhriyar Əliyevin əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına yollanmasına bu cür şərh gətirib: "Nizam-intizam qaydaları ilə bağlı problemimiz yoxdur. Heç bir futbolçu əvəzlənməyi sevmir. Şəhriyar Əliyev də təcrübəli futbolçumuzdur. Şəhriyar inandığımız oyunçudur. Qış toplanışında bizimlə birlikdə olmadı. Hər dəfə əvəzləyəndə psixoloji cəhətdən təsir edə bilər. Ancaq onun formaya düşməsinə çalışacağıq. Yenə də heç kimin ab-havanı pozmağa ixtiyarı yoxdur".

O, istefa vermək məsələsində son sözü rəhbərliyin deyəcəyini bildirib: "Durum ürəkaçan deyil. İstefa rəhbərliyə aid olan məsələdir. Rəhbərliyin mənə belə göstərişi olmayıb. Peşəkaram və öz işimi görürəm. Oynadığımız komandalardan maliyyə və heyət baxımından üstün deyilik. Nə qərar verilsə, hörmətlə yanaşacağam".


Etiketlər:  Heç kimin havanı pozmağa ixtiyarı yoxdur Sənan Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ