Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Tarix: 20 Fevral 2022 15:24

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı həmvətənlərini ölkəni tərk etməyə çağırıb.

Sonxeber.net bu barədə "Report"a istinadən xəbər verir.

"Ukraynada qalmasına əsaslı səbəbi olmayan bütün Fransa vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunur. Həmçinin bu ölkəyə bütün səfərlərin təxirə salınması da arzuolunandır", - XİN-dən bildiriblər.

Qeyd edilir ki, Ukraynadakı bütün fransızlar ölkənin şimal-şərqinə səfər etməməlidirlər.

Bundan əvvəl Almaniya və Avstriya xarici işlər nazirlikləri öz vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görüb.


Etiketlər:  Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ