Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 13:56
Azərbaycanda həbsxanada daha bir məhkum ölüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilən Orucağa Mirzalıyev saxlanıldığı müəssisədə qəfildən ölüb.
Onun xəstəlikdən öldüyü ehtimal edilir.
Qeyd edək ki, O. Mirzalıyev 2017-ci ildə həbs edilib. Şimal bölgəsində narkobaron kimi tanınan O.Mirzalıyev 3 kiloqramdan çox narkotik vasitəni Saatlıda satarkən yaxalanıb.