Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” - “Marsel” oyununa böyük maraq var

“Qarabağ” - “Marsel” oyununa böyük maraq var

Tarix: 21 Fevral 2022 19:48

UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" cavab oyununa böyük maraq var.

Milli.Az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətindən qol.az-a bildirilib ki, satışa çıxarılan 15 minə yaxın biletdən 8 mini satılıb. Güman edilir ki, oyun gününə qədər bütün biletlər satılacaq və matçda anşlaq olacaq.

Həmçinin bildirilib ki, texniki problemlər səbəbindən dünən dayandırılan bilet satışı bu gündən bərpa olunub.

Xatırladaq ki, pandemiya ilə əlaqədar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarının yalnız 50 faizinə azarkeş buraxılır.

"Qarabağ" - "Marsel" oyunu fevralın 24-ü, saat 21:00-da başlanacaq. Bu komandaların ilk görüşündə Fransa təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Qarabağ Marsel oyununa böyük maraq var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ