Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Botoksum belə yoxdur''

''Botoksum belə yoxdur''

Tarix: 21 Fevral 2022 20:54

Aktrisa Demet Özdemir estetik etdirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa illər ərzində yaşla əlaqədar üzündə baş verən dəyişikliklərin hər hansı estetik əməliyyatla əlaqəli olmadığını vurğulayıb. O, artıq adının bu cür ittihamlarda hallanmasını istəmədiyini bildirib:

"9 ildir müxtəlif ekran işlərində rol alıram. Haradan vaxt tapa bilirəm ki, əməliyyat da etdirim? 16 yaşındakı mənli götürüb 30 yaşımdakı halımla yan-yana qoyub müqayisə edirlər. Təbii ki, eyni deyil! Çox üstümə gəlirlər.

Kilo alıb verirəm. Qaşı belə alanda üzə təsir edir. Botoksum belə yoxdur. Mimikalardan çox istifadə edirəm. Rolumu canlandırarkən çətin olacağını düşünmürəm. 40 yaşıma qədər botoks etməyi düşünürəm. Sadəcə üz yoqası edirəm".

Qeyd edək ki, Demet müğənni Oğuzhan Koçla nişanlıdır.


Etiketlər:  Botoksum belə yoxdur


RƏYLƏR