Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belluçinin 17 yaşlı qızından yeni FOTOSESSİYA

Belluçinin 17 yaşlı qızından yeni FOTOSESSİYA

Tarix: 22 Fevral 2022 20:06

Məşhur italiyalı aktrisa Monika Belluçi və fransız aktyor Vensan Kasselin 17 yaşlı qızı Deva yeni fotosessiya etdirib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Muse Magazine" üçün kamera qarşısına keçən gənc model bir neçə obrazda görüntülənib.

Deva nəşrə müsahibəsində model karyerasına başlamasından danışıb: "Model dünyası ilə hələ balaca ikən tanış olmuşdum. Anam və atam məni həmişə özləri ilə işə aparırdılar. Amma bir neçə il əvvəl bu gözəl dünyaya tam olaraq daxil oldum. Fotosessiyaların birində "qığılcım"ı hiss etdim və başa düşdüm ki, bu dünyanın bir hissəsi olmaq istəyirəm. Ailəm mənim seçimimi həmişə dəstəkləyib və model biznesi istisna olmadı. Valideynlərim mənə işimdə çox kömək edirlər".

Qeyd edək ki, son illər ərzində 17 yaşlı qız model kimi yetərincə təcrübə toplayıb. O, dəb jurnalları, "Dolce & Gabbana"nın reklam kampaniyaları üçün çəkilib və podiuma çıxıb.


Etiketlər:  Belluçinin yaşlı qızından yeni FOTOSESSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ