Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səxavət Məmmədovun oğlu ilk dəfə onun məzarı başında - VİDEO

Səxavət Məmmədovun oğlu ilk dəfə onun məzarı başında - VİDEO

Tarix: 23 Fevral 2022 20:15

Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Şəhriyar illər sonra ilk dəfə atasının qəbrini ziyarət edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, atasının Ağdamda yerləşən məzarının başında göz yaşı töküb. Bu anlar isə videoya alınıb.

Qeyd edək ki, ikinci oğlu sənətçinin ölümündən 23 il sonra meydana çıxıb. 2014-cü ildə ATV-də yayımlanan "Öz aramızda" verilişinə qatılan Şəhriyar adlı gənc xanəndə Səxavətin ikinci nikahından dünyaya gəldiyini bildirib. Sürücü işlədiyini deyən Şəhriyar uşaq yaşlarından çətinlik çəkdiyini də açıqlayıb.

Onu da bildirək ki, sənətçinin böyük oğlu Bəxtiyar Məmmədov isə hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşıdır və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində çalışır.


Etiketlər:  Səxavət Məmmədovun oğlu dəfə onun məzarı başında VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ