Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 23:14
İtaliya polisi mafiyaya qarşı növbəti əməliyyat keçirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Kalabriya mafiyası ilə əlaqədə şübhəli bilinən 3 qardaşın 800 milyon avro dəyərində əmlakı müsadirə edilib. Maliyyə polisi bildirir ki, müsadirə edilən əmlaklar arasında supermarketlər, villalar və bahalı avtomobillər də yer alır.
Əmlakı müsadirə edilən qardaşların da atası məşhur mafioz olub. O, 2003-cü ildə özünə məxsus supermarketdə güllələnib.