Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rusiyanı dayandırmaq üçün qəti addımlar gözləyirik, qınamaq kifayət deyil”

“Rusiyanı dayandırmaq üçün qəti addımlar gözləyirik, qınamaq kifayət deyil”

Tarix: 23 Fevral 2022 23:16

"Rusiyanı dayandırmaq üçün indi sizin köməyinizə və diplomatiyanıza ehtiyacımız var. Diplomatiya üçün hələ vaxtımız var".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dimitro Kuleba BMT-dəki çıxışında deyib.

Kuleba Rusiyanın iddialarının absurd olduğunu və Ukraynanın heç kimi təhdid etmədiyini, hücum planlaşdırmadığını bildirib.

"Ukrayna heç vaxt Donbassda hərbi heç nə planlaşdırmayıb və planlaşdırmayacaq. Bu cür iddialarla məntiqin təməl prinsipləri pozulur".

Ukrayna XİN rəhbəri Ukraynanın aldığı hərbi dəstəkdən də danışıb:

"Bu, Ukraynanın müdafiə sistemini gücləndirmək üçündür".

Kuleba qeyd edib ki, Rusiyanın bəyanatları Ukraynanı təhdid etməkdən başqa, beynəlxalq sülh və təhlükəsizliyi də təhdid edir:

"İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üz-üzəyik. Rusiyanın Donbassla bağlı iddiaları əsassızdır. Bizim Donbassda heç vaxt təxribat planımız olmayıb. Putin Ukraynanın suverenliyini pozub".

Kuleba BMT-nin Baş Assambleyasında çıxış etdiyi üzv dövlətlərdən Rusiyaya qarşı qəti addım gözlədiklərini bildirib:

"Heç kim bu böhrandan qaça bilməz. Əgər Putin Ukraynaya hücumu davam etdirsə, hökumətləriniz və xalqlarınız da bizim kimi ağrılı nəticələrlə üzləşəcək. Bu səbəbdən biz Rusiyanı dayandırmalıyıq. Çünki aydındır ki, Putin bunu edəcək.

Düşünürəm ki, BMT qəti addım atıb Putinə qarşı gücündən istifadə etsə, Rusiya dayanacaq. Ukrayna beynəlxalq ictimaiyyətdən qətiyyətli və proporsional addımlar gözləyir. Sadəcə qınamaq kifayət deyil".

Milli.Az


Etiketlər:  Rusiyanı dayandırmaq üçün qəti addımlar gözləyirik qınamaq kifayət deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ