Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 08:56
Rumınyanın "Styaua" klubunun sahibi Cici Bekali hücumçu Klaudio Keşeryunun oyununda geriləməsinin səbəbini vaksin vurdurması ilə əlaqələndirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, C.Bekali vaksin vurduran futbolçuların gücünü itirdiyini iddia edib.
O bildirib ki, vaksin vurduran futbolçular meydançada yatmış kimi güclə hərəkət edirlər:
"Mən sadəcə düşündüyümü deyirəm. İlk üç matçdan sonra dedim ki, Klaudio Keşeryu dünyanın istənilən klubunda oynaya bilər, amma nə baş verdiyini bilmirəm. Bu adam dəyişib. Güləcəksiniz, amma mən haqlı ola bilərəm. Çox güman ki, bunun səbəbi peyvənddir. Peyvənd olunanlar gücünü itirirlər. Mən bunu ailəmdə də görürəm. Peyvənd bəzi insanlarda deyil, yaşlı insanlarda belə işləyir".
Jurnalist Emanuel Roşunun sözlərinə görə, Bekali peyvənd olunmuş futbolçunun daha onun klubunda oynamayacağını da bildirib. Lakin komandanın mətbuat xidmətinin nümayəndəsi "Reuters"ə müsahibəsində bunun doğru olmadığını, komandada peyvənd olunmuş futbolçuların çox olduğunu deyib