Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mad Max” filminin pərdəarxası: Şarlz Teron Tom Hardi ilə tək qalmaqdan qorxub - FOTO

“Mad Max” filminin pərdəarxası: Şarlz Teron Tom Hardi ilə tək qalmaqdan qorxub - FOTO

Tarix: 24 Fevral 2022 12:44

"Dəlisov Maks: Qəzəb Yolu" ("Mad Max: Fury Road") filmi 2015-ci ildə ekranlara çıxsa da, çəkilişlərin pərdəarxası barədə gözlənilməz detallar yalnız indi ortaya çıxıb. Məlum olub ki, filmin baş rol ifaçıları - Şarliz Teron və Tom Hardinin bir-birlərinə qarşı güclü nifrətləri olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times"ın köşə yazarı Kayl Byuken "Qan, tər və xrom: "Dəlisov Maks: Qəzəb Yolu"nun vəhşi və əsl hekayəsi" (Blood, Sweat & Chrome: The Wild and True Story of "Mad Max: Fury Road") kitabında xəbər verib.

Kitabdan aydın olub ki, ulduzlar çəkiliş meydançasında tez-tez bir-birləri ilə dava ediblər. 

"Biz avtomobilin ön oturacaqlarında oturan iki valideynə bənzəyirdik; Ya dava edirdik, ya da bir-birimizə məhəl qoymurduq - bilmirəm hansı daha pisdir. Onlar isə bunu həll etmək məcburiyyətində qalırdılar. Bu dəhşətli idi!" - deyə Şarlz olanları xatırlayıb.

Düşmənçiliyin səbəbi Tom Hardinin punktuallığının olmaması idi. Belə ki, Hardi  çox zaman tərəf müqabilini bir neçə saat gözləməyə məcbur edib.

Şarlizin "səbr kasası" çəkilişlərin davam etməsi üçün Tomu üç saat gözlədiyi vaxt dolub. Aktrisanın dublyoru Nataşa Hopkinsin sözlərinə görə, həmin günü həmkarı gələnə qədər Teron "döyüş maşını"nda (filmdə aktrisanın sürdüyü maşın - red.) oturub. Hardi gəldikdə isə Teron özünü maşından atıb və qışqıra-qışqıra rol yoldaşının gözlənilən hər dəqiqəyə görə 100 min dollar cərimələnməsini tələb edib. Sonra isə aktrisa onu "alçaq" adlandırıb.  Bundan sonra aqressivləşən Hardi onun üstünə cumub "Mənəmi nə dedin?", - deyə qışqırıb.

Nəticədə, Şarlz prodüser Deniz Di Novidən qorunmaq üçün daim onun yanında olmasını istəyib.

"Məsələ o həddə çatdı ki, işlər nəzarətdən çıxdı, belə görünürdü ki, orada bir qadın prodüserin olması vəziyyəti qismən kompensasiya edə bilər, çünki özümü təhlükəsizlikdə hiss etmirdim",  - deyə Teron bildirib.

"Geriyə baxdıqda özümün bir çox məsələlərdə həddimi aşdığımı demək olar", - deyə Hardi həmin zamanlar yaşanan gərginliyə münasibət bildirib.


Etiketlər:  filminin pərdəarxası Şarlz Teron Hardi ilə tək qalmaqdan qorxub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ