Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niyə ipoteka ilə ev ala bilmirik? - VİDEO

Niyə ipoteka ilə ev ala bilmirik? - VİDEO

Tarix: 24 Fevral 2022 20:12

Bu gün evlərin qiyməti kifayət qədər bahadır. Ona görə də bir çoxumuz çalışırıq ki, ipoteka kreditlərindən yararlanaq. Ancaq bu imkanlar bəziləri üçün əlçatmaz görünür. Xüsusilə də regionlarda mənzil almaq istəyənlər müəyyən çətinliklərlə qarşılaşırlar.

Tovuz sakini Rasim Süleymanov yaşadığı rayonda ev almaq üçün ipoteka krediti götürmək istəsə də, bu imkandan istifadə edə bilmir. Halbuki, həm əmək stajı, həm də gəliri ipoteka şərtlərini ödəyir.

Tovuzda ipoteka kreditlərindən faydalanmaq istəyən gənclərdən biri də Elnarə Cəfərovadır. Ancaq o da bu imkanlardan yararlana bilmir.

Ekspert Turab Rzayev bütün ipoteka kreditləri şərtlərinin təkcə Bakı şəhərinə şamil edilməsini düzgün hesab etmir.

İpoteka  və Kredit Zəmanət Fondunun departament rəhbəri İlham Kələşov isə deyir ki, ipateka kreditlərinin verilməsi paytaxtla paralelregionlarda da həyata keçirilir.

Qurum rəsmisinin sözlərinə görə, regionlarda əhalinin ipoteka kreditlərinə marağını stimullaşdırmaq məqsədi ilə  müəyyən güzəştlər də tətbiq olunur.

İlham Kələşov bildirir ki, son illər regionlarda ipoteka kreditlərinin verilməsində əhəmiyyətli irəlləyişlər müşahidə olunur.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Niyə ipoteka ilə ev ala bilmirik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ