Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 10:18
Avropa Liqasının pley-off mərhələsində ötən gecə baş tutan və Azərbaycan millisinin üzvü Mahir Emrelinin də iştirakçısı olduğu "Dinamo Zaqreb" - "Sevilya" (1:0) matçında azarkeş dünyasını dəyişib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Maksimir" stadionunda yerli azarkeşlərdən biri özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb.
Klubdan verilən açıqlamada səhhətində problem yaranan fanatın huşunu itirdiyi, yaxınlıqdakı tibb bacısı və polis əməkdaşlarının çevik müdaxiləsi ilə ilkin tibbi yardım göstərildiyi vurğulanıbb. Daha sonra həkimlər briqadası ona müdaxilə edib. Buna baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Mərhuma infarkt diaqnozu qoyulub.