Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atamla anam ayrılanda heç biri məni istəmədi"

Tarix: 25 Fevral 2022 11:30

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı  Gülü Hüseynova "Bizimləsən" proqramında qonaq olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, Rəmişlə ilk tanışlığından danışıb. Gülü deyib ki, gitara ifaçısını lap uşaqlıq illərindən tanıyır:

"Rəmişi "balam" deyib ağlayıram deyə bəziləri məni təhqir edirlər. Amma Rəmiş mənim balam idi. Quranda da yazılıb ki, hər bir xanım həyat yoldaşına balası kimi baxmalıdır. Deyirlər ki, Gülü Rəmişin ailəsini dağıdıb. Mən heç kimin ailəsini dağıtmamışam. Rəmişi 6 yaşımdan tanıyıram. Atam rəhmətlik onun tar müəllimi olub. Tez-tez bizə gəlib-gedirdi, məni bağçadan götürürdü. Məndən 10 yaş böyükdü. O zaman onun 16, mənim 6 yaşım var idi. Bir dəfə atam başqa adam göndərmişdi. Dedim, Rəmiş gəlsin, sonra gedirəm.  Ağladım, getmədim. Atam gəldi vurdu məni. Allah Rəmişi uşaq vaxtdan qəlbimə həkk edib. O, birinci xanımı ilə ailə quranda mən oturub ağladım. Onda 13 yaşım var idi. Uşaqlar soruşdu ki, Gülü niyə ağlayırsan, dedim, Rəmişin toyudur. Amma niyə ağladığımı dərk etmirdim. O vaxt mən internatda oxuyurdum. Atamla anam ayrılanda heç biri məni istəmədi. İnternatda böyüdüm, sadəcə həftəsonu evə gedirdim. İnternatı bitirdim, atam məni yanına  Bakıya gətirdi".  

Milli.Az


Etiketlər:  Atamla anam ayrılanda heç biri məni istəmədi


RƏYLƏR