Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin UEFA-nı hədələdi: "Final başqa ölkəyə verilsə..."

Putin UEFA-nı hədələdi:

Tarix: 25 Fevral 2022 11:42

Çempionlar Liqasının (ÇL) final oyununun Rusiyadan alınması UEFA-ya baha başa gələ bilər.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin qitə futbol qurumunun rəhbəri Aleksander Çeferini hədələyib.

O bildirib ki, mayda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ÇL-in final matçını başqa ölkəyə verəcəyi təqdirdə "Qazprom" şirkəti UEFA-nın sponsorluğundan imtina edəcək. Bu da qurumun mövsümdə 40 milyon avroluq gəlirdən məhrum olması deməkdir. Turnirin baş sponsoru eyni zamanda mayın 28-dəki final görüşünün keçiriləcəyi stadionun sahibidir.

Qeyd edək ki, bu gün UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Çempionlar Liqasının final matçı başqa ölkəyə verilə bilər.

Milli.Az


Etiketlər:  Putin UEFA hədələdi Final başqa ölkəyə verilsə


RƏYLƏR