Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 13:48
"Taliban" hərəkatı Rusiya və Ukraynanı sülh danışıqlarına, Rusiyanı Ukraynada hərbi əməliyyatarı dayandırmağa çağırıb.
Sonxeber.net CNN-ə istinadən bildirir ki, "Taliban"ın Siyasi Şura üzvü Əbdül Qəhhar Bəlxi Twitter-dəki akkauntunda xüsusi bəyanat yayıb.
"Əfqanıstan İslam Əmirliyi olaraq Ukraynadakı situasiyanı diqqətlə izləyir, dinc əhali arasında tələfatla bağlı ciddi narahatlığımızı bildiririk.
Ukraynadakı situasiya bizi dərindən və ciddi şəkildə qayğılandırır. Tərəfləri dərhal danışıqlar masası arxasına oturmağa, sülhün yollarını aramağa çağırırıq. Dinc insanlar Rusiyaya "Yetər artıq!" deyirlər. Ümid edirik ki, günahsız insanların həlak olduğu, qadın və uşaqların əzab çəkdiyi bu silahlı qarşıdurma tezliklə başa çatacaq. Qarşıdurma beynəlxalq hüquq prinsipləri çərçivəsində, dialoq vasitəsilə həllini tapmalıdır".