Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ordusu əks-hücuma keçdi

Ukrayna ordusu əks-hücuma keçdi

Tarix: 25 Fevral 2022 15:00

Çerniqov və Poltava vilayətlərində Ukrayna ordusunun tank birləşmələri əks-hücuma keçdilər.

Ukrayna ordusunun sanki "ikinci nəfəsi açılıb": Rusiya qoşunlarına qarşı bütün cəbhə boyu sərt müqavimət göstərilir, imkan düşən an əks-hücum baş verir.

Sonxeber.net Ukrayna və Rusiya mediasına istinadən bildirir ki, say və texnika baxımından əzici üstünlüyə rəğmən, Rusiya ordusu hələ də qarşısına qoyduğu məqsədlərə çata bilmir.

Dünənki hərbi əməliyyatlar nəticəsində bir çox qərargahları və idarəetmə mərkəzləri, hərbi aerodromları və iri silah-sursat anbarları partladılan Ukrayna Silahlı Qüvvələri təslim olmaq niyyətində deyil.

Bu isə, rusiyalı hərbçilərin dediklərinə görə, onları "təəccübləndirib".

Məsələn, Rusiya qoşunları Xarkov şəhərini bir neçə istiqamətdən sürətlə mühasirəyə alsalar da, şəhəri nəzarət altına ala bilməyiblər. Sumı şəhərində hələ də küçə döyüşləri gedir.

Zaporojye vilayətindəki Melitopol şəhərinin bir qismi Rusiyanın qoşun birləşmələrinin bütün hücumlarına rəğmən, hələ də Ukrayna ordusunun nəzarətindədir.

Xersonda da küçə döyüşləri gedir.

Bu gün səhər saatlarında Ukraynanın Milli Qvardiyası Qostomel şəhərindəki "Antonov" aeroportunda Rusiyanın təqribən 100 xüsusi təyinatlısını mühasirəyə alıb.

Çerniqov və Poltava vilayətlərində Ukrayna ordusunun tank birləşmələri əks-hücuma keçiblər. Ukrayna ordusu "Toçka-U" taktiki raket kompleksləri vasitəsilə Rusiyanın Rostov vilayətindəki Millerovo hərbi aerodromuna zərbələr endirib.

Yəni Ukrayna Silahlı Qüvvələri raket arsenalını da qoruyub saxlayıb.

Rusiyalı hərbi ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətində motivasiya və döyüş əzmi yüksəkdir.

Sözügedən səbəbdən də Ukrayna ordusunun tezliklə təslim olması ehtimalı real təsir bağışlamır.


Etiketlər:  Ukrayna ordusu əks hücuma keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ