Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 15:24
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı.
Sonxeber.net xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlandı. Püşkdən öncə komandalar səpələnmişlər və səpələnməmişlər səbətlərində yer alıblar. Türkiyənin "Qalatasaray" klbubu qrup qaliblərindən ibarət səpələnmişlər sırasında idi. Səpələnməmişlər səbətində isə pley-off mərhələsinin qalibləri yer alıb.
"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)
"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)
"Portu" (Portuqaliya) - "Lion" (Fransa)
"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)
"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)
"Betis" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)
Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Qalatasaray" (Türkiyə), "Bayer" (Leverkuzen, Almaniya), "Lion" (Fransa), "Monako" (Fransa), "Spartak" (Moskva, Rusiya), "Vest Hem" (İngiltərə)
Səpələnməmişlər: "Atalanta" (İtaliya), "Leyptsiq" (Almaniya), "Portu" (Portuqaliya), "Sevilya" (İspaniya), "Barselona" (İspaniya), "Betis" (İspaniya), "Reyncers" (Şotlandiya), "Braqa" (Portuqaliya)
Qeyd edək ki, bu mərhələnin ilk matçları martın 10-da, cavab görüşləri martın 17-də olacaq.