Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 08:06
Koronavirus infeksiyasının payız mutasiyası aqressivliyi və daha sürətli inkişafı ilə özünü göstərir.
Sonxeber.az xəbər verir ki, evdə müalicə alan yüngül xəstələr də 6 gün içində orta-ağır dərəcəyə keçə bilər.
Qeyd edək ki, insan virusu orqanizminə buraxdıqdan sonra 3-8 gün ərzində hələ yoluxduğunu bilməyə, özünü normal hiss edə bilər. Amma bu zaman o, ailəsi və ətrafı üçün təhlükəli olur.
Xəstəliyin yüngül, orta və ağır mərhələsinin öz əlamətləri olur:
Yüngül forma
- Hərarət 37,2- 38 arası dəyişir
- Saturasiya - yəni qanda oksigenin miqdarı - 97-98 faiz
- Tənəffüs tezliyi - yəni nəfəslma say dəqiqədə - 20-ə qədər
Orta forma
- Hərarət 38-dərəcədən yuxarı
- Hədsiz halsızlıq
- Saturasiya - 93-95
- Tənəffüs sayı - 22-dən yuxarı
- Təngnəfəslik
- Kt müayinədə ağciyərlərin zədələnməsi - 10-20 faiz
- Qanda C reaktiv zülal göstərici - 10 mq -dan yuxarı
Ağır forma
- Hərarət - 39-40
- Tənəffüs sayı - dəqiqədə 30-a çatır
- Saturasiya - 93 və daha aşağı
- Təzyiq 90/60-a düşür və ya çox qalxır
- Ağciyərlərin zədələnməsi - 30-40%
- Ciddi təngnəfəslik, huşun itməsi dərəcəsində halsızlıq.