Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 18:02
Sanksiya siyahısında olan Rusiya şirkətinə məxsus quru yük gəmisinin saxlanıldığı açıqlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın Fransadakı səfirliyinin diplomatları Fransa hakimiyyət orqanlarından məlumat almağa çalışırlar.
Sankt-Peterburqa gedən yük gəmisi son ticarət sanksiyalarından sonra La-Manş boğazında dayandırılıb.
"Fransa dəniz polisi rəsmiləri Ukraynaya hücuma görə Avropa İttifaqının sanksiyaları altında Rusiya şirkətinə məxsus gəmini saxlayıb", - hökumət rəsmisi "Reuters" agentliyinə bildirib.
Rusiyanın "RİA Novosti" xəbər agentliyinin məlumatına görə, Rusiyanın Fransadakı səfirliyi hakimiyyət orqanlarından saxlanılma ilə bağlı izahat istəyib.