Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 20:27
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya Prezidenti Vladimir Putinin ölkənin nüvə qüvvələrinin "xüsusi döyüş növbətçiliyi" rejiminə keçirilməsi haqqında əmrini şərh edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Kuleba bu barədə xarici jurnalistlər üçün onlayn brifinq zamanı bildirib.
XİN rəhbəri Putinin nüvə qüvvələrinin "xüsusi döyüş növbətçiliyinə" keçirilməsi barədə əmrinin iki ölkənin nümayəndə heyətlərinin Ukrayna-Belarus sərhədində görüşə hazır olduqlarını elan etməsindən az sonra ortaya çıxmasına diqqət çəkib.
"Biz bu elanı, bu əmri Ukrayna nümayəndə heyətinə əlavə təzyiq yaratmaq cəhdi kimi görürük. Amma bu təzyiqlərə boyun əyməyəcəyik. Bu danışıqlara çox sadə mövqedən yanaşacağıq: ora gedirik, qulaq asmaq, Rusiyaya demək üçün və biz onlara bu barədə nə düşündüyümüzü deyəcəyik. Biz müharibəni necə dayandırmağı və ərazilərimizi işğaldan azad etməyin müzakirəsinə hazırıq", - nazir vurğulayıb.
Əgər Prezident Putinin nüvə silahını xüsusi rejimə keçirmək əmri Ukraynaya qarşı nüvə silahından istifadə etmək təhlükəsidirsə, onda mənim sadə bir mesajım var: - bu, dünya üçün fəlakət olacaq, amma bizi sındırmayacaq", - Kuleba vurğulayıb.