Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə məşhur şoumeni işsiz qoydu

Müharibə məşhur şoumeni işsiz qoydu

Tarix: 28 Fevral 2022 15:40

Uzun müddətdir müəllifi olduğu şounu yaratmağı arzulayan Andrey Malaxov istəyinə nail olsa da sevinci qısa çəkib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, şounun "Прямой эфир"dəki çəkilişləri dayandırılıb. Verilişin yayımı bu gün nəzərdə tutulsa da, təxirə salınıb.

Bildirilib ki, şounun yayımdan qaldırılmasının ilkin səbəbi hazırda ölkədə baş verən siyasi proseslər, müharibədir. Eyni zamanda "Танцев со звездами" şousu da yayımdan qaldırılıb. Buna görə də Malaxov işsiz qalıb. 

Qeyd edək ki, Malaxov böyük bir şou hazırlayırdı. Verilişdə tamaşaçıların zəngləri qəbul olunacaq, problemlər müzakirə ediləcək və həll yolu axtarılacaqdı. Yeni layihə 50 yaşlı aparıcıya telekanalın hədiyyəsi olub.

Xatırladaq ki, hazırda Rusiyanın Ukraynaya hücumu davam edir.


Etiketlər:  Müharibə məşhur şoumeni işsiz qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ