Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 16:02
"Bu gün Xarkov şəhəri 2 saata yaxın ağır toplardan və "Qrad" qurğularından atəşə tutuldu. Atəş zərbələri indi dayanıb".
Bu barədə APA-ya Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
S. Adıgözəlli çoxlu sayda insanın öldüyü barədə məlumatların daxil olduğunu bildirib: "Mərmilərdən biri Saltovka istiqamətində məktəbə də düşüb".
S. Adıgözəlli qeyd edib ki, hələlik fəxri konsulluğa artilleriya atəşi zamanı azərbaycanlılar arasında ölən və yaralanan olması ilə bağlı hər hansı informasiya daxil olmayıb: "Diaspor təşkilatları ilə də əlaqə saxlamışıq. Hələlik soydaşlarımız arasında ölən və yaralananlar olması barədə məlumat yoxdur".