Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 18:00
ARB TV-nin "Söz baz" verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.
Sonxeber.net xəbər verir ki, Əməkdar artist həyatının özəl adamından danışıb:
"İnsanın həyatında bacısının olmağı yaxşıdır, hələ ki, bacın dostun olmağı bacarırsa. Bacı qədər yaxın dostlarım var. Göz dəyməsindən qorxduğum üçün adlarını çəkməyəcəm. Onları madiyyata görə yox, hər anda yanımda olduqları üçün sevirəm. Allahı sevirəm. Övladlar da Allahındır. Həyatda övladları üçün yaşayan analardan deyiləm. O analara çox kasıb baxıram. Mən xalqım üçün yaşayıram. O qədər cılızam ki, oğlum, qızım üçün yaşayım? Artıq onları böyütmüşəm. Mən heç onlara da məxsus deyiləm. Anamı sevirəm. İndi uşaqlarım məni sevsin. Mən niyə onları niyə sevməliyəm ki? Onlar Allahın övladlarıdır,artıq borcumu qaytarmalıdırlar".