Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 08:27
Rusiya Federasiyasının Ukraynada apardığı hərbi əməliyyatlarla əlaqədar Avropa İttifaqı RF-yə qarşı yeni sanksiyalar paketini açıqlayıb.
Sonxeber.net bildirir ki, siyahıya 26 fiziki şəxs və bir şirkəti daxil olunub.
Sənəd Aİ-nin rəsmi saytında dərc olunub. Siyahıya daxildir:
Kremlin sözçüsü Dmitri Peskov
"Rosneft"in icraçı direktoru İqor Seçin
"Transneft"in direktoru Nikolay Tokarev
baş nazirin müavini Dmitri Çernışenko
tikinti naziri İrek Fayzullin
"Şeremetyevo" aerportunun baş direktoru Aleksandr Ponomarenko
oliqarx Əlişir Usmanov
oliqarx Mixail Fridman
oliqarx Mixail Aven
oliqarx Aleksey Mordaşov
oliqarx Gennadi Timçenko
musiqisi Sergey Rolduqin
jurnalistlər Anton Krasovski, Zaxar Prilepin, Olqa Skabeyeva, Arkadi Mamontov, Roman Babayan və Marqo Simonyanın əri Tiqran Keosayan
Bundan başqa, sanksiya siyahısında Qara Dəniz Donanması komandanının birinci müavini Sergey Pinçukun, Cənub Hərbi Dairəsinin komandirlərinin müavinləri Aleksey Avdeyev və Rüstəm Muradovun, Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri Andrey Sıçevoyun adları da var.
Avropa İttifaqı Rusiyanın "SoQaz" şirkətinə də sanksiya tətbiq edib.