Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevə Rusiyanın 64 km uzunluğunda hərbi kalonu yaxınlaşır - F OTO

Kiyevə Rusiyanın 64 km uzunluğunda hərbi kalonu yaxınlaşır - F OTO

Tarix: 1 Mart 2022 08:33

Ukraynanın paytaxtı Kiyevə yaxınlaşan hərbi kalonun peyk görüntüləri yayılıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Maxar Technologies"ın məlumatına görə, hərbi kalonun uzunluğu 64 km-dir.

Böyük hərbi kalon zirehli texnika, tanklar, yedəkli artilleriya və digər maşınlardan ibarətdir.

Çəkilişlər bazar ertəsi axşam saatlarında karvanın Antonov aviabazasından - Kiyev şəhərinin mərkəzindən təxminən 17 mil məsafədə - Priborskdan bir qədər şimalda uzanan yolda çəkilib.

Məlumata görə, Priborsk Ukrayna-Belarus sərhədinə və Çernobılda tikintisi başa çatmamış nüvə reaktoruna yaxındır.


Etiketlər:  Kiyevə Rusiyanın uzunluğunda hərbi kalonu yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ