Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Loboda göz yaşları içində rusiyalılara müraciət etdi - VİDEO

Loboda göz yaşları içində rusiyalılara müraciət etdi - VİDEO

Tarix: 1 Mart 2022 16:56

Ukraynalı məşhur mğənni Svetlana Loboda rusiyalılara videomüraciət edib və onları Ukraynda gedən müharibəni dayandırmağa çağırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, son beş günü ukraynalıların başına gələn ən ağır günlərdən biri adlandırıb.

"Mənim ölkəmdə müharibə gedir, insanlar ölodürülür, ac qalırlar, onların arasında körpə uşaqlar var... Kiyevdə ailəm - atam, bacım, qardaşlarım, əmilərim, dayılarım, nənəm, babam qalıb. Onların hamısı zirzəmilərdə, qarajlarda, metro stansiyalarında qalmaq məcburiyyətindədirlər. Çünki çıxa bilmirlər, bu həyatları üçün təhlükəli ola bilər. Bu dəhşəti saxlaya bilənlərdən xahiş edirəm, müharibəni dayandırın. Ukrayna hər saniyə insanlar itirir", - deyə o bildirib.

Loboda sosial hesabına üzv olanlar arasında 10 milyon rusiyalı olduğunu deyərək, onlara müraciət edib.

"Hamınızdan xahiş edirəm, yalvarıram gəlin bunu dayandıraq!", - göz yaşçları içində deyib.

Milli.Az


Etiketlər:  Loboda göz yaşları içində rusiyalılara müraciət etdi VİDEO


RƏYLƏR