Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 21:10
Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" Rusiyada avtomobil istehsalını dayandırıb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə "Nikkei" məlumat yayıb.
"Toyota Motor" xaricdən ehtiyat hissələrin tədarükü ilə bağlı problemlərə görə Rusiyada avtomobillərin istehsalını dayandırır", - məlumatda deyilir.
"Toyota" Rusiyaya ixracını da dayandıracaq. Ölkədə avtomobillər ehtiyatları tükənənə qədər satılacaq.