Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftimizin qiyməti 116 dolları ötdü

Neftimizin qiyməti 116 dolları ötdü

Tarix: 3 Mart 2022 10:20

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75% və ya 4,2 dollar artaraq 116,1 dollar təşkil edib.

Xatırladaq ki, bu ilin fevral ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,72 ABŞ dollarına bərabər olub. Bu, 2021-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 35,98 dollar və ya 57,3 çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə fevralda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 9,32 dollar və ya 10,4% artıb.


Etiketlər:  Neftimizin qiyməti dolları ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ