Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin etiraf etdi: Moskva problemlərdən xali deyil

Putin etiraf etdi: Moskva problemlərdən xali deyil

Tarix: 7 Sentyabr 2019 18:40

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Moskvanın inkişafını yüksək qiymətləndirib, amma şəhərin problemlərdən xali olmadığını da deyib.

Trend-in məlumatına görə, V.Putin bunu Şəhər günü münasibətilə təşkil olunan tədbirdə deyib.

Prezident bildirib ki, Moskvada son illərdə rahat və işgüzar mühit, sosial və rəqəmsal infrastrukturun yaradılması üçün çox işlər görülüb:

“Bununla belə, bu miqyasda meqapolisdə problem olmaya bilməz. Onlar kifayət qədərdir. Amma çoxlu işlər də görülməkdədir. Bütün parklar, küçələr, prospektlər vahid ansamblı – hamımızın sevdiyi və qürur duyduğu Moskvanı yaradır”.


Etiketlər:  Putin etiraf etdi Moskva problemlərdən xali deyil


RƏYLƏR