Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onların hər birinin kəlləsinə 500 min dollar verirəm'' - Kadırov ''ova çıxdı''

''Onların hər birinin kəlləsinə 500 min dollar verirəm'' - Kadırov ''ova çıxdı''

Tarix: 3 Mart 2022 18:52

Çeçenistan Prezidenti Ramzan Kadırov Ukrayna ordusunun ən məşhur komandirlərinin hər birinin "kəlləsi" üçün 500 min dollar mükafat "təsis edib".

Kadırov bu komandirləri "ukraynalı millətçilər" adlandırıb.

Milli.Az R.Kadırovun sosial şəbəkələrindəki profillərində paylaşılan müraciətini təqdim edir:

"Ukraynalı millətçilərin - banderaçıların, "Azov" batalyonunun üzvlərinin, dudayevçilərin kəllələri üçün ov elan edirəm. Bunu məmur kimi yox, Rusiya vətənpərvərlərinin adından könüllü kimi deyirəm. Maliyyə imkanları olan və hər komandirin kəlləsi üçün 500 min dollar ödəməyə hazır olan könüllülərin adından.

Ukrayna Silahlı Qüvvələrinin və Təhlükəsizlik Xidmətinin rəhbərliyinə müraciət edirəm: siz daha ağıllı və savadlı insanlarsınız, vəziyyəti anlamalı və nasist çaqqalların çirkabını Ukrayna ərazisindən silib atmaq üçün Rusiyanın hərbi hissələri ilə çiyin-çiyinə olmalıydınız.

Amma siz nədənsə banderaçılardan daha çox qorxdunuz.

Onlardan qorxmayın!

Rusiyalı hərbçilərin yanında qorxmalı deyilsiniz. Əksinə, belədə prosesi ordu sıralarında və dinc əhali arasında itkilər olmadan, şəhərlərin dağılmasına imkan vermədən sürətləndirəcəksiniz.

Zelenski isə fikirləşməli və anlamalıdır ki, onu heç bir bunker xilas etməyəcək. Ukraynalı əsgərlərin ölümlərinə və ölkəsinin gələcəyinə görə o, şəxsən məsuliyyət daşıyır. Vəziyyətdən bir çıxış yolu var - Rusiya tərəfinin şərtlərinə tam əməl olunması".

Milli.Az


Etiketlər:  Onların hər birinin kəlləsinə dollar verirəm Kadırov çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ