Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenskini öldürmək istədilər - “The Times” sui-qəsdin təfərrüatından yazdı

Zelenskini öldürmək istədilər - “The Times” sui-qəsdin təfərrüatından yazdı

Tarix: 4 Mart 2022 11:22

"Son 1 həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskinin həyatına azı 3 dəfə sui-qəsd cəhdi olub".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın "The Times" nəşri yazıb.

Məlumata görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib. Bunlar Kreml yönümlü Vaqner qrupunun muzdluları və çeçen xüsusi təyinatlılarıdır.

Nəşrin xəbərinə görə, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibənin əleyhinə çıxan Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının sayəsində alınıb.

Kiyevdəki Vaqner muzdluları cəhdləri zamanı itki veriblər və ukraynalıların bunu necə müəyyənləşdirdiklərindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, V.Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün "tükürpədici" olub.

Qeyd olunub ki, həmçinin fevralın 26-da Kiyevin kənarında məhv edilən çeçen muzdlulardan ibarət qrupun sui-qəsd cəhdinin qarşısı alınıb.

Milli.Az


Etiketlər:  Zelenskini öldürmək istədilər The Times sui qəsdin təfərrüatından yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ