Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 13:10
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.
Bununla bağlı Təhsil Nazirliyi altı günlük məktəblərin iş qrafiki məsələsinə aydınlıq gətirib.
Sonxeber.net bildirir ki, nazirlikdən APA-ya verilən məlumata görə, altı günlük iş həftəsi olan təhsil müəssisələrində 5 mart iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi - martın 7-si iş günü hesab edilir.