Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

7 milyona yaxın ukraynalı qaçqın... - Aİ onları qoruyacaq? - VİDEO

7 milyona yaxın ukraynalı qaçqın... - Aİ onları qoruyacaq? - VİDEO

Tarix: 4 Mart 2022 17:36

Ukraynalı qaçqınlar Avropa İttifaqına gəlir. Onların sayının 7 milyona yaxın ola biləcəyi gözlənilir. Qonşu ölkələr müharibədən qaçanları qəbul edib yerləşdirməyi öhdələrinə götürürlər. Əvvəllər miqrasiya ilə bağlı bölünmüş Aİ-nin bütün üzvləri indi qeyri-adi birlik nümayiş etdirirlər.

Milli.Az Euronews-a istinadən xəbər verir ki, cümə axşamı onların nümayəndələri Ukraynadan gələn qaçqınların üç ilədək mühafizə ilə təmin olunması haqda saziş imzalayıblar.

"Artıq Ukraynadan Avropaya gələn bir milyona yaxın qaçqını qəbul etmişik. Daha milyonlarla qaçqını görəcəyik" deyən Avropa komissarı Ylva Johansson, "Ona görə də bizə daha çox həmrəylik lazımdır, indi insanları qorumaq və onlara hüquqlar vermək üçün tam qanunvericiliyə ehtiyacımız var. Və təbii ki, bizim əlavə maliyyəyə də ehtiyacımız olacaq" deyib.

Ukrayna vətəndaşları "Müvəqqəti Mühafizə Direktivi" adlanan qanuna tabe olacaqlar.

O, digər şeylərlə yanaşı bunları nəzərdə tutur:

- yaşayış hüququ;

- məşğulluq imkanı;

- mənzil əldə etmək imkanı;

- sosial yardımın və tibbi yardımın göstərilməsi;

- həmçinin təhsil sisteminə çıxış imkanı.

Brüsselin Rusiyanın hücumu başlayandan insanların Ukraynadan köçməsinə reaksiya sürəti misilsizdir. Qaçqınlar və Sürgünlər üzrə Avropa Şurasının direktoru hesab edir ki, onlar üçün daha çox şey edilə bilər:

"Müvəqqəti Mühafizə Direktivini qüvvəyə mindirməklə yanaşı, biz təcili qaydalara uyğun olaraq Sığınacaq, Miqrasiya və İnteqrasiya Fondu üçün resursları tez tapmalıyıq" Ketrin Vullar deyib. "Bizə Aİ Sığınacaq Agentliyinin onun dəstəyinə ehtiyacı olan üzv ölkələrin istəklərinə cavab verməsi lazımdır. İlk növbədə, təhlükəsizlik tələblərinə, eləcə də humanitar tələblərə hörmət edərək, birgə hərəkət etmək, insanları hərəkətə keçirmək vacibdir".

Avropa Birliyi qapılarını hamının üzünə açmaq istəmir. Müvəqqəti qorunma hələlik yalnız ukraynalılara şamil edilir, lakin üzv dövlətlər bunu özlərinə və digər əcnəbilərə şamil edə bilər. Direktiv 2001-ci ildə Kosovo qaçqın böhranından sonra yaradılıb, lakin hələ də icra olunmayıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  7 milyona yaxın ukraynalı qaçqın onları qoruyacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ