Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 23:46
G7 ölkələri Rusiya yanacağından imtina etməyin vacibliyi barədə razılığa gəliblər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Tvitter hesabında paylaşım edib.
"G7-dəki həmkarlarım və mən razılaşdıq ki, zaman keçdikcə Rusiya yanacağından asılılığı azaltmalıyıq. Biz birlikdə Ukraynanı dəstəkləyəcəyik, sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını sarsıdacağıq və Putinin uğursuzluğa düçar olmasını təmin edəcəyik", - o yazıb.