Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya iqtisadiyyatını çökdürə biləcək sanksiyalar açıqlandı

Rusiya iqtisadiyyatını çökdürə biləcək sanksiyalar açıqlandı

Tarix: 5 Mart 2022 08:36

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya iqtisadiyyatını çökdürə biləcək sanksiyaların siyahısını açıqlayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazirin elan etdiyi sanksiyalar arasında qızıl, neft ticarətinə qadağa və kriptovalyutalara çıxışın məhdudlaşdırılması da var.

Kuleba qeyd edib ki, Aİ, ABŞ və Böyük Britaniyanın sanksiyalarının təzyiqi altında Rusiya iqtisadiyyatı artıq çökməyə başlayıb.

Kuleba Rusiyanı iqtisadi cəhətdən nəhayət bitirmək üçün bu ölkəyə qarşı tətbiq edilməsini istədiyi sanksiyaları da sadalayıb:

"Sanksiya qanunvericiliyindəki boşluqları aradan qaldırmaq üçün daha da tətbiq edilməli olan sanksiyaların konkret siyahısını verdim ki, ruslar bu boşluqları keçə bilməsinlər. Haqqında danışdığım bu sanksiyalar neft ticarətinə, Rusiyanın kriptovalyutalara çıxışına və onların dünyada kiməsə qızıl satmaq imkanı ilə bağlıdır".

O, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyənlərə də müraciət edib və onları qonşu Belarusa getməyi mələhət görüb:

"Xahiş edirəm, Belarusun təmiz havası var, tətilə gedin, orada özünüzə evlər alın, öz kefiniz üçün yaşayın".


Etiketlər:  Rusiya iqtisadiyyatını çökdürə biləcək sanksiyalar açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ