Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 09:50
Ukrayna Müdafiə Nazirliyi (MN) müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, məlumatda qızğın döyüşlərin getdiyi bildirilib:
"Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar".
Qeyd edilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarnı, xəstəxanaları, bağçaları hədəf alır.
"Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik", - məlumatda bildirilib.