Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 12:40
Əməkdar artist Rafael İsgəndərov koronavirusa (COVID- 19) yoluxduğunu açıqlayıb.
Sonxeber.net olay-a istinadla yazır ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" proqramında bir müddət əvvəl səhhətində problem yarandığını, hazırda hər şeyin qaydasında olduğunu qeyd edib:
"Üç doza vaksin vurdurmuşam. Bir dəfə xəstələndim. Deməli, 10-12 gün dad bilmədim. Daha sonra mətbəxdən kotlet qoxusu gələndə anladım ki, sağalmışam".
Proqramın aparıcıları Zaur və Günay Baxşəliyevlər, müğənni Nigar Camal da koronavirusa yoluxduğunu, ağır keçirdiklərini bildirib.