Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 13:40
Azərbaycanın avtomobil bazarında bahalaşma yarana bilər.
Ekspertlər hesab edirlər ki, hazırda Azərbaycana gətirilən avtomobillərin müəyyən bir hissəsi Rusiya və Ukrayna zavodlarında yığılırdı. Buradan gətirilən avtomobillər 1000-2000 manat daha ucuza başa gəlirdi. Lakin son günlər Avropanın bir çox avtomobil şirkətləri Rusiyada zavodlarında istehsalı dayandırıb. Ukraynadakı vəziyyətin isə nə vaxt normallaşacağını heç kim proqnozlaşdıra bilmir. Baş verən bu proseslər Azərbaycanda maşın bazarına da öz təsirini göstərəcək.
İqtisadçı-ekspert Xalid Kazımlı da hesab edir ki, adı çəkilən ölkələrdə yaşanan problemlər Azərbaycanda avtomobil bazarına təsir edəcək.
Ekspert vurğulayıb ki, Rusiyaya tətbiq olunan sanksiyaların müddətindən asılı olaraq bahalaşma davam edə bilər.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: