Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 15:54
Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir qırıcısını vurub.
Sonxeber.net "report"-a istinadən bildirir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Ukraynanın Çerniqov vilayətində Rusiyanın "Su-25" təyyarəsinin vurulması nəticəsində bir pilot ölüb, digəri sağ ələ keçirilib.
Bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın pilotsuz uçuş aparatını da vurublar.
Qeyd edək ki, fevralın 24-dən martın 5-dək Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub.
Məlumata görə, Rusiya Ukrayna ilə sərhədboyu 450 təyyarə və 250-dən çox helikopter yerləşdirib.