Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamaləddin Qafarov: “VII qurultay YAP-ın tarixində yeni inkişafın başlanğıcını qoydu”

Kamaləddin Qafarov: “VII qurultay YAP-ın tarixində yeni inkişafın başlanğıcını qoydu”

Tarix: 5 Mart 2022 16:21

"Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Partiyanın VII qurultayını əlamətdar edən mühüm amillərdən biri də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. YAP-ın VII qurultayında  müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu, eləcə də yeni Nizamnaməyə əsasən  İdarə Heyəti, Təftiş Komissiyası,Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı kimi vacib strukturlar yaradıldı.Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd  etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.Millət vəkili Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olduğunu diqqət mərkəzinə çəkərək bildirib ki, Partiyada birinci müavin postunun təsis olunmasını və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsini idarəetmə prosesinin daha təkmil formada həyata keçməsinə yol açmış oldu. "Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir".

Millət vəkili bildirmişdir ki,  ötən il sentyabr 10-da və cari ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatında  sədr vəzifəsinə təyinat olmuşdur. Diqqətəlayiq haldır ki, 76 yerli təşkilatın 48-də yeni sədr seçilmiş və bununla da sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.

Kamaləddin Qafarov YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramının böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Millət vəkilinin sözlərinə görə, yeni proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə müasir yanaşma üsullarınıehtiva edərək,siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir. YAP-ın VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiyanın Sədri İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir.

Millət vəkili  açıqlamasının sonunda  demişdir:" Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilmişdir. Yeni proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən çox mühüm strateji sənəddir. 5 fəsildən ibarət olan proqramda  Azərbaycanın qarşısında dayanan yeni hədəflər öz əksini tapmışdır və bu proqram uğurla reallaşdırılır".


Etiketlər:  Kamaləddin Qafarov qurultay tarixində yeni inkişafın başlanğıcını qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ