Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada it məktəblini dişlədi - Az qala öldürəcəkdi - VİDEO

Rusiyada it məktəblini dişlədi - Az qala öldürəcəkdi - VİDEO

Tarix: 5 Mart 2022 17:54

Dağıstanda sahibsiz it məktəblini az qala öldürəcəkdi. Məktəbli onu sadəcə sığallamaq istədi, amma it bunu hədə kimi qəbul etdi - oğlanın üzündən tutub yerə yıxdı və parçalamağa başladı.

Milli.Az REN-TV-yə istinadən xəbər verir ki, bir neçə saniyədən sonra yoldan keçənlər köməyə gələrək, iti qovub və təcili yardım çağırıblar.

"Uşaqlar əvvəllər itə sataşırdılar. O, burada yatan yazıq, zərərsiz it idi. Sonra yanından bir oğlan keçdi və o, elə bildi ki, onu incidənlərdən biridir", - yerli sakinlər bildirib.

Ağır yaralarla uşaq xəstəxanaya aparılıb və orada həkimlər ona tikiş qoymaq məcburiyyətində qalıb. Sahibsiz heyvanları tutan xidmət əməkdaşlarına səhlənkarlığa görə cinayət işi açılıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Rusiyada məktəblini dişlədi qala öldürəcəkdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ