Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 20:10
Böyük Britanıyanın "Sky News" telekanalının baş müxbiri Stüart Ramsey və dörd həmkarı Ukraynada Rusiya hücumu zamanı yaralanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Ramsey və məsləkdaşları bazar ertəsi başqa bir şəhərə gedişlərini təhlükəsiz olmadığı üçün təxirə salaraq, paytaxta dönməyə qərar veriblər. Yolda olarkən onların maşınlarına atəş açılıb.
Atəşə tutulan maşından çıxaraq bir fabrik binasında gizlənən komandanı Ukrayna polisi xilas edib.
Hadisə zamanı Ramsey belindən vurulub. Operator Riçi Moklerin bronjiletinə iki güllə dəyib.
Hücumu bir rus kəşfiyyat birliyi həyata keçirib.
Britaniyanın Baş naziri Boris Conson da Tvitter hesabında jurnalistlərin həqiqətləri işıqlandırmaq üçün həyatlarını riskə atdığını bildirib:
"Azad mətbuatı barbarlıq və zorakılıq aktları ilə qorxutmaq olmaz", - Conson qeyd edib.